İraqın paytaxtından cənubda yerləşən Əl-Yusefiya şəhərində güclü partlayış baş verib.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, hadisə nəticəsində 7 nəfər həlak olub.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.
BMT-nin məlumatına görə, ötən ay İraqın İŞİD-in nəzarətində olan bölgələrində 1300 nəfər həlak olub, 2000 nəfər yaralanıb. Ən təhlükəli vəziyyət isə paytaxt bölgəsində müşahidə olunur. Burada bir ayda 379 nəfər həlak olub.
Nihad