12 Mart 2022 15:50
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mariupolda Sultan Süleyman Qanuni və Xürrəm Sultan məscidi rus hərbi qüvvələri tərəfindən atəşə tutulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, atəşə tutulan məscidə Türkiyə vətəndaşları da daxil olmaqla 80-dən çox insan sığınıb.

“Mariupolda Qanuni Sultan Süleyman və Xürrəm Sultan məscidi rus işğalçılarının atəşinə məruz qalıb. Ora uşaqlar və Türkiyə vətəndaşları da daxil olmaqla, 80-dən çox insan sığınıb”, - məlumatda deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər