14 Mart 2022 11:44
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri Ukrayna ərazilərinin müdafiəsini inamla saxlayır və onun irəliləməsinə imkan vermir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.

O bildirib ki, Ukraynanın müdafiəçiləri müdafiəni davam etdirir, bəzi yerlərdə isə əks-hücuma keçir.

“Dünən Mariupolda yerli döyüşlərin birində rusları bir az geri itələməyə və bir neçə texnikanı məhv etməyə müvəffəq olduq. İzyum yaxınlığında isə kiçik əks-hücum keçirib rusları geri itələyə bildik. Axı İzyum Rusiya ordusunun əsas istiqamətlərindən biridir, çünki bu, Donbasa gedən yoldur”, - Denisenko bildirib.

Denisenko əlavə edib ki, hər gün Mariupol ruslar tərəfindən atəşə tutulur: “Son 24 saat ərzində şəhərə ən azı 22 bomba atılıb. Şəhərdə blokadaya salınan 400 min insan üçün ən böyük təhlükə məhz göydən gəlir”.


Müəllif: Nemət

Oxşar xəbərlər