“CHP lideri Kamal Kılıçdaroğlunun prezidentliyə namizədi Gələcək partiyasının sədri, sabiq baş nazir Əhməd Davudoğludur”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin müxalifətdə olan Gələcək partiyası sədrinin müavini Mustafa Gözəl deyib.
“Millət İttifaqının prezidentliyə namizədi kim olacaq?” sualına partiya rəsmisi belə cavab verib:
“Kılıçdaroğlunun prezidentliyə namizədi Əhməd Davudoğludur. Çünki o dedi ki, namizədin hakimiyyət təcrübəsi olmalıdır, qərəzsiz olmalıdır və sairə. Fikrimcə, partiyamızınn rəhbəri bu xüsusiyyətlərə malikdir. Təbii ki, hər bir partiya təbii olaraq öz liderini prezidentliyə namizəd kimi görmək istəyir və istəyəcək. Bizim üçün prezidentliyə namizədimiz Əhməd Davudoğludur”.
Davudoğlunun prezidentliyə namizədliyə münasibətindən danışan Gözəl bildirib:
“Partiyaların tələbi liderlərini ən yüksək yerlərdə görməkdir. Bu haqda vaxtaşırı danışırıq. O, hələlik bu haqda heç nə deməyib, amma bu bizim arzumuzdur”.
Türkiyədə Prezident seçkiləri 2023-cü ildə keçiriləcək. Cümhur İttifaqı seçkilərə hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın namizədliyi ilə gedəcəyini açıqlayıb.