“Fransa mümkün müharibəyə girərsə, ordusunun sursatları 3-4 günə tükənə bilər”.
Teleqraf.com xəbər verir ki, bu bunu Fransa Senatının Xarici Əlaqələr və Müdafiə Komitəsinin sədri Kristian Kambon deyib.
O, Fransanın uzunmüddətli müharibəni davam etdirmək üçün kifayət qədər sursata malik olmadığını çoxdan bildiklərini bildirib.
Kambon belə bir halda hərbi sursatların bir neçə günə tükənə biləcəyini, hətta bunun 3-4 gündən çox çəkməyəcəyini iddia edib.
Ölkəsinin hərbi sursatlarının hazırda Saharaaltı bölgədəki Bərxanə hərbi hissələrinin xidmətində olduğunu söyləyən Kambon Fransanın digər Avropa ölkələrindən fərqli olaraq öz ehtiyatlarından istifadə etdiyini vurğulayıb.
O, İkinci Dünya Müharibəsi ərəfəsində də Fransaya sursat çatışmazlığının olduğunu xatırladıb:
“Müharibə qapımıza çatsa, həminki durumla üzləşmək istəməzdik”.