Fevralın 24-dən martın 21-dək Rusiya qoşunları Ukraynada 15 minə yaxın şəxsi heyətini itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, bundan əlavə, rus ordusu 498 tank, 1535 zirehli döyüş texnikası, 240 artilleriya sistemi, 80 yaylım atəş sistemi, 80 hava hücum sistemi, 45 hava hücumundan müdafiə sistemi, 97 təyyarə, 121 helikopter, 969 nəqliyyat vasitəsi, 3 gəmi/kater, 60 yanacaq sisterni, 24 dron, 13 xüsusi texnika itirib.