23 Mart 2022 17:45
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyanın şimal-qərbində yerləşən Kaduna şəhərində hücumlar nəticəsində 2-si əsgər olmaqla 34 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, hücumlar ağır silahlı cinayətkar dəstələr tərəfindən həyata keçirilib.

Şəhərin 4 fərqli məkanında gerçəkləşdirilən hücumlarda cinayətkar dəstələr 200-dən çox evi dağıdıb və mağazaları yandırıb.

Kaduna şəhərinin hökuməti tərəfindən bir sutkalıq komendant saatı tətbiq edilib.

Qeyd edək ki, Nigeriya hökuməti bu cinayətkar dəstələri yanvar ayında rəsmi olaraq terrorçu elan edib.


Müəllif: Teleqraf.com