25 Mart 2022 08:18
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Ukrayna məsələsində Rusiyanı dəstəkləməsi barədə iddiaları rədd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli CGTN telekanalı məlumat yayıb.

Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Çian bildirib ki, bu iddialar tamamilə yalandır.

Vu Çian iddiaları Çinə böhtan atmaq cəhdi kimi qiymətləndirib.

Sözçü ölkəsinin hadisələrə obyektiv və ədalətli münasibət bəslədiyini, müstəqil qərarlar verdiyini qeyd edib.

Çinli rəsmi Pekinin məsələnin sülh yolu ilə həllinə sadiqliyini, davamlı təhlükəsizlik mexanizminin qurulmasının zəruriliyini əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər