25 Mart 2022 13:02
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib ki, Ukraynada hərbi, xüsusi əməliyyat gedən bir vəziyyətdə Rusiyada anti-dövlət xətti yürütmək və ölkəni xaricdə tənqid etmək mümkün deyil.

Teleqraf.com xəbər verir ki, Medvedyev hakimiyyətin bu və ya digər qərarından narazı olmağın, hökuməti tənqid etməyin normal olduğunu bildirib.

“Bu, demokratiyanın bir hissəsidir. Amma belə çətin vəziyyətdə anti-dövlət xətti yürütmək mümkün deyil, çünki bu, xəyanətdir”, - Medvedyev bildirib.

O vurğulayıb ki, belə şeylər Rusiya tarixində çox olub olub, nisbətən yaxın dövrdə də baş verib:

“Bütün ölkələrdə paylaşılan başqa bir mədəni kod var. Ölkə daxilində hər şeyi tənqid edə bilərsiniz, amma xaricə getmisinizsə, ölkənizi danlamaq düzgün deyil. Xüsusi əməliyyat zamanı ölkəni tənqid etmək olmaz. Çünki sizin vətəniniz, gələcəyiniz üçün əlində silah döyüşən insanlar var. Və bu hərəkətlər həyatlarını vətən naminə riskə atan insanlara qarşı çıxmaqdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər