26 Mart 2022 22:28
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Cozef Bayden Polşanın paytaxtı Varşavadakı çıxışında Rusiyaya NATO ölkələrindən birinə hücumun nəticələri barədə xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki? ABŞ rəhbəri Alyansın buna vahid cavab verəcəyini qeyd edib.

"NATO-nun hətta bir ölkəsinə qarşı müharibəyə başlamaq barədə düşünməyin. Biz hamımız birik", - ABŞ Prezidenti vurğulayıb.

Qeyd edək ki, NATO nizamnaməsi alyansın bir ölkəsinə hücumun bütün alyansa hücum olduğunu nəzərdə tutur. Nizamnamənin 5-ci maddəsində deyilir ki, bütün NATO ölkələri həmin dövlətə qarşı müharibəyə başlamalıdırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər