27 Mart 2022 18:26
2 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibə Ukraynada bütün sahələrə təsir göstərib. Amma dolların Ukrayna milli valyutasına təsirləri ciddi hiss edilmir. Hazırda Lvovda valyutadəyişmə məntəqələrində dolların orta alış məzənnəsi 32,40, satış məzənnəsi isə 33,34 qrivindir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna mediası bildirir.

Kiyevdə valyutadəyişmə məntəqələrində orta alış/satış məzənnəsi bir dollar üçün 32,20 / 32,80 qrivindir.

Odessada - müvafiq olaraq alış 32,50, 33, satış isə 32,60 ,33 qrivindir.

Xarkov, Nikolaev digər müharibə şəhərlərindəki mübadilə məntəqələri bağlıdır.

Qara bazarda isə dolların məzənnəsi bir dollar üçün 32-34 qrivini keçmir.

Hazırda Ukraynada əhalinin qara bazardan valyuta almağa böyük ehtiyacı yoxdur. Xaricə gedən vətəndaşlar üçün kartlardan istifadə etmək daha rahatdır. Ölkədə qalanlar da rəsmi bank sistemi vasitəsilə ehtiyaclarını ödəyə bilirlər;

Maliyyə ekspertlər qara bazarda dollar alarkən riskə getməyi məsləhət görmürlər, çünki məzənnə yenə də şişirdiləcək və aldanma ehtimalı yüksək olacaq.


Müəllif: Nemət

Oxşar xəbərlər