27 Mart 2022 23:56
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi əməliyyatlar başlayandan Ukraynanı 3,7 milyondan çox insan tərk edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Axios portalı Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığına (UNHCR) istinadən məlumat yayıb.

Qeyd olunur ki, ən çox insan Polşaya üz tutub – 2,1 milyon. Rumıniyaya 555 min nəfər, Moldovaya 371 min nəfər, Macarıstana 324 min nəfər, Slovakiyaya isə 256 min nəfər keçib. Rusiya ərazisinə Ukraynadan 271 min qaçqın, Belarusa isə 4,9 min nəfər gəlib.

Bundan əlavə 6,5 milyon insan məcburi köçkün hesab olunur.

Müəllif: Teleqraf.com

Oxşar xəbərlər