24 Noyabr 2014 16:58
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Şırnak əyalətinin Silopi-Cizre magistralın yolunda baş verən yol qəzasında ana və 3 övladı həyatını itirib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisədə 2 nəfərin də yaralandığı bildirilir.
Qəza minik avtomobilinin buzla dolu TIR markalı yük maşınının qarşısına çıxmasını nəticəsində meydana gəlib. Hadisədə minik avtomobili tanınmaz hala düşüb, yük maşını isə aşıb.

Qəza zamanı avtomobildə olan Elif Marur, onun uşaqları 2 yaşlı Hilal, 3 yaşlı Kinem və 5 yaşlı Ozan ölüb. Avtomobil sürücüsü Yılmaz Marur və TIR sürücüsü Əhməd Tayfur Demir isə ağır yaralanıb.

Polis qəzanın səbəblərini araşdırır.

Samir


Müəllif: