Yaponiya aprelin 5-dən Rusiyaya lüks malların, o cümlədən premium avtomobillərin və qiymətli daşların ixracına qadağa qoyacaq.
Teleqraf.com-un məlumatına görə, bu barədə Yaponiyanın iqdisadiyyat, ticarə və sənaye naziri Koiti Haqiuda bildirib.
"Hökumət Rusiyaya lüks malların, o cümlədən premium avtomobillərin, qiymətli daşların və zinət əşyalarının ixracına qadağa qoymaq qərarına gəlib. Qadağa aprelin 5-dən qüvvəyə minir", - deyə nazir bildirib. Elan edilən tədbirlərə aid olan malların tam siyahısı hələ açıqlanmayıb.