“Rusiyanın Kiyev ətrafında fəallığın azalması ilə bağlı açıqlamaları və bəzi rus bölmələrinin bu ərazilərdən çıxarılması ilə bağlı xəbərlər Kremlin regionda təşəbbüsü itirdiyinin etirafıdır”.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.
Britaniya kəşfiyyatının hesabatına görə, dəfələrlə uğursuzluqları və Ukrayna qoşunlarının uğurlu əks-hücumları, demək olar ki, Rusiyanın Kiyevi mühasirəyə almaq məqsədinə çatmadığı anlamına gəlir.
Xatırladaq ki, daha əvvəl ABŞ Rusiya qüvvələrinin Kiyev yaxınlığındakı ucqarlardan geri çəkilməyə başladığını və diqqətini Ukraynanın cənub və şərqindəki mövqelərə cəmlədiyini bəyan etmişdi.
Dünən Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski Kiyev və Çerniqovda kontingentin ixtisar edildiyini bildirib.