30 Mart 2022 11:07
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında Ukraynadakı son vəziyyəti müzakirə edib.

Teleqraf.com xəbər verir ki, görüşdən sonra açıqlama verən Yelisey Sarayı Ukraynanın Mariupol şəhərində mülki şəxslərə yardım məqsədilə humanitar əməliyyata başlamaq üçün şərtlərinin indiki mərhələdə yerinə yetirilmədiyini bildirib.

Makronun Mariupolda Fransa, Türkiyə və Yunanıstanın təklif etdiyi təxliyyə əməliyyatını Putinə təqdim etdiyi və Rusiya liderinin buna cavab olaraq, düşünəcəyini dediyi vurğulanıb.

Emmanuel Makron martın 25-də Mariupol şəhərini tərk etmək istəyənlər üçün Türkiyə və Yunanıstanla humanitar əməliyyat keçirəcəklərini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər