24 Noyabr 2014 20:43
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair noyabrın 18-də Vyanada başlayan danışıqların yekun raundu başa çatıb.

“5+1” formatı (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya) və İran arasında keçirilən danışıqlar öz intensivliyi və gərginliyi ilə yadda qalıb.

Böyük Britaniyanın xarici işlər naziri Filip Hemmondun mətbuata verdiyi açıqlamaya görə, danışıqların müddəti növbəti il iyulun 1-dək uzadılıb. Müddətin uzadılması ilə əlaqədar 2013-cü ildə Cenevrədə imzalanmış aralıq sazişi qüvvədə qalacaq.

Diplomatik dairələrdən mətbuata sızan məlumatlara əsasən, 2015-ci il martın 1-dək İranın nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair yekun sazişlə bağlı siyasi razılaşma əldə edilməli, iyulun 1-dək isə sazişin detalları üzərində iş başa çatdırılmalıdır.


Müəllif:

Oxşar xəbərlər