Fransadakı Hərbi Kəşfiyyatın direktoru general Erik Vidaudun Rusiyanın Ukraynaya müdaxilə ehtimalını vecinə almadığı üçün istefaya göndəriləcəyi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransa mediası Silahlı Qüvvələr Nazirliyindəki mənbəyə əsaslanaraq bildirib.
Xəbərə görə, general Vidaud “qeyri-adekvat brifinqlər” və “maraqlandığı mövzuları mənimsəyə bilməməsi” səbəbindən vəzifəsindən uzaqlaşdırılacaq.
Fransa Baş Qərargah rəisi T.Burkhard “Le Monde” nəşrinə verdiyi müsahibədə bildirib ki, vəzifədən azad olunma qərarı Fransa kəşfiyyat xidmətlərinin, o cümlədən Vidaudun Ukraynadakı Rusiya təhlükəsini yanlış təhlil etdiyi məlum olduqdan sonra veriləcək.