25 Noyabr 2014 11:36
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Farah vilayətində polis vəzifəsində işləyən oğlunun əməliyyatlar zamanı “Taliban” tərəfindən öldürülməsinə dözməyən ana silaha əl atıb.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, oğlunun vurulduğunu görən qadın qızı və gəlini ilə “Taliban” tərəfindən toplanmış silahları ələ keçirərək terrorçularla döyüşə girib. 7 saat davam edən döyüşdə 25 terrorçu öldürülüb, 5-i isə ağır yaralanıb.

Bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Sediq Sedikki açıqlama verib. Onun sözlərinə görə, bu addım “Taliban”a qarşı ictimai əməliyyatların başlanğıc simvolu olub.

Terror qruplaşması bununla bağlı açıqlama verməyib.

Samir


Müəllif:

Oxşar xəbərlər