25 Noyabr 2014 11:46
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın St. Louis şəhərində zəncini öldürən polis əməkdaşı Darren Vilson məhkəmə qərarı ilə azadlığa buraxılıb.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bu qərardan sonra bölgədə vəziyyət gərginləşib. Belə ki, qərara etiraz edən kütlə məhkəmə binasına hücum edib, şəhərdə bir çox avtomobillər yandırılıb, hökumət binasına ciddi ziyan dəyib. Rəsmilər bölgəyə çoxlu sayda təhlükəsizlik qüvvələrinin cəlb olunduğunu bildirirlər.

Qeyd edək ki, bu ilin avqustun 9-da Fergusonda polis əlində oyuncaq silah tutan qaradərili gənc oğlanı şəxsi silahında 6 dəfə atəş açaraq öldürüb.

Samir


Müəllif:

Oxşar xəbərlər