2 May 2022 12:47
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Dnepropetrovsk vilayətinə raket zərbəsi endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat verib.

“Raket liftə dəyib. Taxıl anbarını dağıdıb. İlkin olaraq zərərçəkən yoxdur. Bizim kənd təsərrüfatı anbarlarımız onlara rahatlıq vermir”, - o deyib.

Xatırladaq ki, Rusiya raketi mayın 1-də Dnepropetrovsk vilayətinin Sinelnikovski rayonundakı kənd təsərrüfatı müəssisələrinin anbarlarına düşüb. Ölən və yaralananlar olmayıb.

Həmin gün prezident Vladimir Zelenski bildirib ki, işğalçılar Dnepropetrovsk vilayətindəki şəhərlərə hücum etmək üçün Ukraynanın cənubuna qoşun çəkirlər ki, bu da Rusiyanın müharibədəki strateji uğuru ola bilər.


Müəllif: Nemət

Oxşar xəbərlər