2 May 2022 16:48
1 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə Ukrayna arasında müharibədən 67 günündə Kiyev administrasiyası Putinin yüksək rütbəli generallarından daha birinin öldürüldüyünü iddia edib.

Teleqraf.com xəbər verir ki, Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Oleksey Arestoviç Rusiyanın yüksək vəzifəli şəxslərindən biri, general-mayor Andrey Simonovun ölkənin şimal-şərqindəki İzyum şəhərində öldürüldüyünü açıqlayıb.

Elektron döyüş bölməsinin rəhbəri olan 55 yaşlı Simonovun ölümü ilə bağlı əlavə açıqlama verilməyib. Rusiya Simonovun ölümü ilə bağlı iddiaları şərh etməyib.

Bu fakt təsdiqlənərsə, fevral ayından bəri Putinə yaxın olan yüksək rütbəli hərbçilərin ölümlərini artıracaq. Ukraynanın məlumatına görə, indiyədək bu müharibədə Simonovla birlikdə 9 yüksək rütbəli hərbçi zərərsizləşdirilib.


Müəllif: Nemət

Oxşar xəbərlər