Ukrayna hökuməti NATO-ya üzv olmaq niyyətindən əl çəkməyib.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini Olqa Stefanişina deyib.
Onun sözlərinə görə, rəsmi Kiyev Şimali Atlantika Alyansına qoşulmaq niyyətini təxirə salmayıb və bundan əl çəkməyib.
Eyni zamanda Olqa Stefanişina NATO-nun Ukrayna ilə bağlı mövqeyini tənqid edib:
“NATO-nun Ukrayna ilə bağlı hesabatları bir az məyusedicidir, təbii ki, biz daha çoxunu gözləyirdik”.
Stefanişina əlavə edib ki, baş verənlərə görə Ukrayna Prezidenti Vladimir Zelenskinin tənqid etməyə tam hüququ var.