3 May 2022 23:56
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya və İsveç hakimiyyəti Şimali Atlantika alyansına üzv olub-olmamaq barədə hələ qərar vermədiklərini açıqlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

“Biz qərar verməliyik ki, NATO-ya üzvlük üçün müraciət edək, yoxsa eyni yolla gedək. Bu diskussiya hazırda parlamentdə gedir”, – Finlandiyanın baş naziri Sanna Marin bildirib.

İsveçin baş naziri Maqdalena Andersson qeyd edib ki, İsveç parlamenti təhlükəsizliklə bağlı vəziyyətə baxış keçirir və mayın 13-də təqdim olunacaq.

O əlavə edib ki, Stokholm bu məsələlərdə Helsinki ilə koordinasiyanı dəstəkləyir.


Müəllif: Səxavət