Ukrayna qoşunları rus ordusunun İzyum yaxınlığında yerləşdirilən sursat kolonunu məhv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Odessa regional administrasiyasının mətbuat katibi Sergey Bratçuk məlumat verib.
Onun sözlərinə görə, artilleriya hücumu düşmənin arxa tərəfindən həyata keçirilib.
Məlumata görə, rus qüvvələri Belqorod vilayəti ərazisindən İzyum şəhəri ərazisinə ağır özüyeriyən “Tyulpan” minaatanlarının batareyasını və “Tornado” reaktiv yaylım atəşi sistemləri ilə silahlanmış bölməni köçürüblər.