ABŞ Prezidenti Co Bayden bəyan edib ki, silah təchizatı axını daxil olmaqla Ukrayna yardım dayanmayıb.
Teleqraf.com xəbər verir ki, ABŞ prezidenti Bayden Konqresi Ukraynaya kömək üçün əlavə 33 milyard dolların verilməsini sürətləndirməyə çağırıb.
“Rusiyanın Ukraynaya iki aydan çox davam edən işğalından bu yana biz Ukraynaya təhlükəsizlik üçün 3 milyard dollardan çox yardım göndərmişik. Yalnız bizim, müttəfiqlərimiz daxil deyil bu göstəriciyə. Bu pul birbaşa azadlıq və demokratiyanın müdafiəsinə qoyulan sərmayədir”, - Bayden bildirib.
Ağ Ev rəhbəri vurğulayıb ki, mübarizə ucuz olmayacaq, lakin diktaturanın qələbəsi daha da baha başa gələcək.
Bayden əlavə edib ki, Ukraynaya dəstəyi nəzərdə tutan qanun layihəsini keçən həftə Konqresə göndərib: “Birləşmiş Ştatlar Ukraynada azadlığın ön sıralarına birbaşa silah göndərməyə və iqtisadi və humanitar yardım göstərməyə davam edə bilər”.