5 May 2022 12:44
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Evin sözçüsü Cen Psaki gündəlik mətbuat konfransında Rusiya-Ukrayna müharibəsi ilə bağlı son gəlişmələri dəyərləndirib.

Teleqraf.vom xəbər verir ki, Psaki ABŞ-ın Ukraynaya hərbi dəstəyini bundan sonra da davam etdirəcəyini söyləyib.

“Əvvəldən verdiyimiz müdafiə dəstəyi ilə Ukraynanın danışıqlar masasında da əlini gücləndiririk”, - Ağ Evin sözçüsü deyib.

Psaki Rusiyanın müharibənin əvvəlində qısa müddətdə Ukraynanı nəzarət altına almağı planlaşdırdığını və bu məqsədinə çata bilmədiyini bildirib:

“Ruslar artıq öz nöqteyi-nəzərlərindən müharibəni çoxdan uduzublar. Ukraynanı ələ keçirə bilmədilər. Vladimir Putin Kiyevin küçələrində meydan oxuya, Ukraynanın ərazi bütövlüyü və suverenliyini poza, NATO-nu parçalaya bilməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər