6 May 2022 11:14
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın 43-cü prezidenti Corc Buş Ukrayna Prezidenti Vladimir Zelenskini “zəmanəmizin Uinston Çörçili” adlandırıb.

Teleqraf.com xəbər verir ki, Corc Buş bunu İnstaqramda Vladimir Zelenski ilə söhbətindən sonra yazıb.

“Bu səhər prezident Zelenski - zəmanəmizin Uinston Çörçili ilə bir neçə dəqiqə danışmaq şərəfinə nail oldum. Mən prezidentə liderliyinə, nümunəsinə və azadlığa sadiqliyinə görə təşəkkür etdim və Ukrayna xalqının cəsarətini yüksək qiymətləndirdiyimi bildirdim. Prezident Zelenski məni əmin etdi ki, mübarizəni davam etdirəcək. Amerikalılar onların ruhunun gücü və möhkəmliyindən ilham alır. Biz öz azadlıqlarını müdafiə edən ukraynalıları dəstəkləməyə davam edəcəyik”.

Öz növbəsində Zelenski Corc Buşu əlverişli vaxtda Ukraynaya səfərə dəvət edib.


Müəllif: Nemət