Rusiya Ukraynada xüsusi hərbi əməliyyatın gedişində nüvə silahından istifadə etmək niyyətində deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktor müavini Aleksey Zaytsev bildirib.
O qeyd edib ki, Moskva nüvə müharibəsində qalibin olmayacağı prinsipinə sadiqdir.
“Biz dəfələrlə Rusiyanın xüsusi hərbi əməliyyatda nüvə silahından istifadə etməsi ilə bağlı eyhamları təkzib etməli olmuşuq. Bu, məqsədli yalandır”, - deyə “RİA Novosti” onun sözlərini sitat gətirib.
Zaytsev qeyd edib ki, Rusiya “nüvə müharibəsində qalib ola bilməz və ona yol vermək olmaz” mövqeyindən çıxış edir.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya nüvə müharibəsi mövzusu ilə oynamır.