6 May 2022 21:13
1 708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən günlərdə Rusiya dövlət televiziyasında qonaq olan Federal Kosmik Agentliyinin (“Roskosmos”) prezidenti Dmitri Roqozin “Satan-2” və ya “Sarmat” kimi tanınan 208 tonluq raketlə təhdid mesajları vermişdi.

Teleqraf.com xəbər verir ki, Roqozin raketlərin Moskvadan təqribən üç min kilometr şərqdə - Sibirin Krasnoyarsk vilayətinin Uxur şəhərində yerləşdiriləcəyini açıqlamışdı.

Rusiya dövlət televiziyasında “RS-28 Sarmat” raketinin İngiltərə miqyasında bir ərazini bir anda xəritədən silə bildiyi iddia edilib. “Satan 2”-nin İkinci Dünya Müharibəsi zamanı ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı atom bombalarından 2000 dəfə güclü olduğu bildirilir.

İngiltərə Rusiyanın təhdidinə media vasitəsilə cavab verib. İngiltərənin gəmilərə lazer silahları yerləşdirəcəyi və düşmən dronlarını izləmək və məhv etmək üçün istifadə edilə bilən yüksək enerjili müdafiə sistemi quracağı bildirilib.

Vladimir Putinin hipersəs raketlərinin təhlükəli olduğu, amma Kral Donanmasının lazer silahlarının Rusiya liderinin bu sistemlərini bir neçə saniyəyə məhv edə biləcəyi vurğulanıb.

İngiltərə Müdafiə Nazirliyi bundan əvvəl döyüş gəmiləri, təyyarələr, helikopterlər və zirehli maşınlarda quraşdırılacaq idarəolunan enerji silahları (DEW) üçün 130 milyon funt-sterlinq (137.7 milyon dollar) ayırıb.


Müəllif: Mənsur Rəğbətoğlu