27 Noyabr 2014 10:30
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdüstan Sosialist Demokrat partiyasının sədri Məhəmməd Hacı Mahmudun oğlu Ata Məhəmməd İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə qarşıdurmalarda həlak olub.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ərbildəki təhlükəsizlik mənbələrindən məlumat verilib. Bildirilir ki, İŞİD döyüşçülərinə qarşı əməliyyata rəhbərlik edən 35 yaşlı Ata Məhəmməd 5 uşaq atası olub. Yayılan məlumatlara görə, könüllü kürd qüvvələrinin Kərkükün 12 kilometr cənubunda Tilverdə kəndində apardığı əməliyyatlar zamanı kürd liderin mühafizəçilərinin də yaralandığı bildirilir.

Həmçinin əməliyyatlar zamanı İŞİD-in 20 döyüşçüsünün öldürüldüyü bildirilir.

Samir


Müəllif:

Oxşar xəbərlər