"Rusiya bizə başqa seçim qoymur. Almaniya Ukraynaya silah vermək məcburiyyətindədir. ".
Teleqraf.com xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Həmkarlar İttifaqları Assosiasiyasının qurultayında çıxışı zamanı bildirib.
Kansler Berlinin Kiyevə dəstəyini davam etdirəcəyini müdafiə edib.
Məlumata görə, Almaniya Ukraynaya 7 özüyeriyən “PzH 2000” artilleriya qurğusu verəcək.