27 Noyabr 2014 12:03
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın şimalındakı Qunduz vilayətində Taliban terror qruplaşmasının döyüşçüləri 12 gömrük işçisini qaçırıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Qunduz Polis İdarəsinin sözçüsü Səid Sərvər Hüseyni açıqlama verib. Onun sözlərinə görə, Əfqanıstanın Tacikistan ilə sərhəd keçid məntəqəsinə yaxınlaşan avtomobildən enən silahlı şəxslər gömrük işçilərinə hücum edib. Hüseyni gömrükçülərin Qunduzun Daşdı Arçi rayonuna aparıldığının müəyyən edildiyini bildirib.

Faktla bağlı Taliban heç bir açıqlama verməyib.

Samir


Müəllif:

Oxşar xəbərlər