10 May 2022 08:26
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Co Bayden Ukraynaya səfər etmək istərdi, lakin hazırda belə bir səfər planlaşdırılmır.

Teleqraf.com-un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

"Hazırda heç bir səfər planlaşdırılmır. Amma o yenə də Ukraynaya getmək istəyirdi", - deyə C.Psaki qeyd edib.

С.Psaki sual verilib ki, ABŞ-ın birinci xanımı Cil Baydenin Ukraynaya son səfəri Amerika liderinin də bu ölkəyə səfər edə biləcəyi anlamına gəlirmi? "Onların səfərləri bir qədər fərqlidir" - deyə Ağ Evin mətbuat katibi cavab verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər