11 May 2022 11:10
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın zəif qorunan qarnizonunu gücləndirməyə çalışdığı İlan adasında döyüşlər davam edir. Ukrayna Rusiyanın hava hücumundan müdafiə sistemini vurub və gəmiləri Bayraktar pilotsuz təyyarələri ilə təchiz edib. Rusiya gəmiləri “Moskva” raket kreyserinin itirilməsindən sonra minimum müdafiəyə malikdir. Lakin Rusiya öz mövqeyini qanadlı raketlər, hava hücumundan müdafiə və sahil mühafizəsi ilə gücləndirsə, vəziyyət dəyişə bilər”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Today” Teleqram kanalı Britaniya kəşfiyyatına istinadən bildirib.

“Rusiya strateji qanadlı raketlərin, hava hücumundan müdafiənin və sahil müdafiəsinin köməyi ilə adadakı mövqeyini gücləndirərsə, Qara dənizin şimal-qərb hissəsində hökmranlıq edə biləcək”, - bəyanatda deyilir.

Qeyd edək ki, aprelin 13-də Ukrayna ordusu tərəfindən İlan adasına hücumda iştirak edən Rusiyanın Qara Dəniz Donanmasının “Moskva” kreyserinin flaqmanı iki “Neptun” raketi ilə vurulub.


Müəllif: Nemət

Oxşar xəbərlər