Amerikalı milyarder, “Microsoft” korporasiyasının yaradıcısı Bill Qeyts koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə onun özü sosial şəbəkələrdə bildirib.
“COVID-19 üçün müsbət test nəticəsi aldım. Yüngül simptomlar keçirirəm və mütəxəssislərin məsləhəti ilə sağalana qədər təcrid olunmuşam”, - Qeyts yazıb.
Milyarder əlavə edib ki, o, COVID-ə qarşı tam peyvənd olunub və peyvəndin gücləndirici dozasını alıb. Biznesmen qeyd edib ki, onun yaratdığı Qeyts Fondu tərəfdaşlarla işləməyə davam edəcək və dünyanın bir daha pandemiya ilə üzləşməməsi üçün mümkün olan hər şeyi edəcək.