“Rusiya lideri Vladimir Putin Ukraynada müharibə taktikasını dəyişdirəcək. Rusiya rəhbəri orduya “düşməni yormaq” əmri verəcək”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı jurnalist Yevgeni Kiselyov deyib.
Onun sözlərinə görə, Putin Rusiyada ümumi səfərbərlik elan etməyəcək, əksinə, ölkədə bir sıra adamları aradan qaldırmaq imkanına malik olacaq və onlardan “top yemi” kimi istifadə edəcək.
“Məncə, Putin “yorma müharibəsi”nə keçəcək. Çünki Putinin resursları hələ ölçülməzdir - onun raketləri və tankları var”, - Kiselyov bildirib.