12 May 2022 10:54
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya çətin ki, NATO ilə müharibə istəsin, çünki işğalçı ölkənin ordusu üç aya yaxındır Ukraynada öz məqsədlərinə nail olmağa çalışır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin deyib.

“Putinin hesablamalarına baxanda mənim fikrim odur ki, Rusiya NATO ilə müharibəyə girmək istəmir”, - Ostin bildirib.

Rusiya lideri Vladimir Putin mayın 9-da Moskvada keçirilən parad zamanı deyib ki, Ukraynadakı müharibə NATO-nun təcavüzkarlığına qarşı tədbirdir:

“Keçən dekabrda biz təhlükəsizlik sazişi imzalamağı təklif etmişdik. Amma əbəs yerə. NATO ölkələri bizi eşitmək istəmirdilər, çünki onların tamam başqa planları vardı. Bizi ərazilərimizi, o cümlədən Krımı işğal etməklə hədələyirdilər. Bəlli idi ki, təhlükə günbəgün artacaqdı və Rusiya təcavüzə qarşı xəbərdarlıq etdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər