13 May 2022 00:26
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu bütün Xerson bölgəsini tutmağa hazırlaşır.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Ukrayna ordusunun “Cənub” əməliyyat komandanlığı məlumat verib.

Məlumatda deyilir ki, rus qüvvələri işğal altındakı sərhəddə Nikolayev və Xerson istiqamətində əməliyyatları davam etdirir. Ruslar bu məqsədlə Xerson vilayətində körpü və keçidlərinin tikilməsi üzərində işləyir və texniki imkanları bərpa edir.

Rus qüvvələrinin Nikolayev istiqamətində Ukrayna ordusunun mövqelərini və mülki obyektləri atəş altında qoyduğu bildirilib.

Bundan əlavə, Qara dənizdən də hücum təhlükəsinin qaldığı deyilib. Rusiya Qara dənizdə ən azı 50 raket sistemini zərbə vurmağa hazır vəziyyətdə saxlayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər