13 May 2022 12:18
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alman polisi Frankfurt hava limanında saxlanılan, İranla nüvə sazişi üzrə Vyanada danışıqların koordinasiyasını həyata keçirən Avropa İttifaqının xarici siyasət xidməti rəhbərinin müavini Enrike Moranı azad edib.

Teleqraf.com xəbər verir ki, diplomat bu barədə Tvitter səhifəsində məlumat verib.

“İndi mən iki həmkarımla birlikdə azadlığa buraxılmışam”, - Aİ-nin Vyanadakı BMT-dəki daimi nümayəndəsi və Aİ Xarici Xidmətinin İran üzrə İşçi Qrupunun rəhbəri Mora yazıb.

Emissar əlavə edib ki, o və həmkarları ayrı saxlanılıb. Mora qeyd edib ki, saxlanma səbəbləri ona izah edilməyib:

“Onlar Vyana Konvensiyasının pozulması kimi görünən hər hansı bir izahat verməkdən imtina etdilər”.

Xatırladaq ki, daha əvvəl Enrike Mora bildirib ki, Almaniya polisi onu izahat vermədən Tehrandan Brüsselə gedərkən Frankfurt hava limanında saxlayıb. Emissarın passportu və telefonları müsadirə edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər