13 May 2022 17:58
1 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ərazilərini ələ keçirən və insanları öldürən Rusiyanın Donbasla bağlı təklif etdiyi statusu heç vaxt tanımayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O qeyd edib ki, bu məsələ müzakirə oluna bilməz və Rusiya hazırda Donbasın Ukraynanın nəzarətində olan hissəni məhv edib.

“Onlar Donbasın ərazilərini iki ayrı “respublika” kimi tanıyıblar. Eyni zamanda, Rusiya bildirir ki, Donetsk və Luqansk vilayətlərindəki bütün yaşayış məntəqələri “bizim torpaqlarımız”dır. İndi isə guya Donbası “nasistlər”dən təmizləyirlər”, - Ukrayna prezidenti bildirib.

Zelenski onu da əlavə edib ki, Rusiya hansısa statusdan danışmır, sadəcə olaraq əraziləri işğal etməyə çalışır.

“Burada sual ondan ibarətdir ki, niyə bu ərazilərin statusu haqqında danışmamışdan əvvəl on minlərlə insan öldürdünüz? Problem budur. Öldürdülər, dağıtdılar və deyirlər ki, indi də muxtariyyət vermək lazımdır. Bunu heç vaxt tanımayacağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər