14 May 2022 10:45
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Həma vilayətinin Misyaf bölgəsində Bəşər Əsəd qüvvələrinə məxsus bəzi nöqtələrə İsrailin hava hücumu təşkil etdiyi iddia edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın SƏNA agentliyi məlumat yayıb.

Hücumun axşam saatlarında edildiyi, 5 nəfərin öldüyü deyilib.

Raket zərbələri Əsəd ordusunun bir sıra hərbi mövqelərini məhv edib.

İsrail Silahlı Qüvvələri Suriyanın iddiasına cavab verməyib.


Müəllif: Mənsur Rəğbətoğlu