17 May 2022 14:28
1 884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Qərb ölkələrindəki diplomatik nümayəndəlikləri fəaliyyətini davam etdirir, lakin akkreditə olunduğu ölkələr onlara bütün rabitə kanallarını bağlayırlar.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, təcrübədə, bizim qərb ölkələri ilə danışacaq çox şeyimiz yoxdur:

"Səfirliklərimizin işçilərini ixtisar edilsə də, biz ölkəmizdə və digər yerlrədə onları işlə təmin etmişik. Lakin danışılası bir şey yoxdur, çünki Qərb hər hansı təmasları boykot edib. Rusiya ilə AB arasında, Rusiya ilə NATO arasında olan çoxsaylı və mövcud olan bütün kommunikasiya kanallarını dayandırıb”.

Lavrov daha sonra deyib:

“Bu vəziyyətdə biz onlardan görüşüb nəsə danışmağı xahiş edəcəyik? Biz bunu etməyəcəyik. Dost olmayan ölkələrdən qayıdan rusiyalı diplomatlar Rusiya Xarici İşlər Nazirliyində iş tapmağa və başqa sahələrdə işləməyə başlayıblar. Bizim danışmağa adamımız var. Qeyri-dost, əslində isə düşmən ölkələrdən qayıdan diplomatların hamısı indi həm nazirliyimizdə, həm də digər sahələrdə qrantlar hesabına işləyirlər. İlk növbədə, Asiya, Afrika, Latın Amerikası və ən çox Müstəqil Dövlətlər Birliyin istiqamətində”.


Müəllif: Nemət

Oxşar xəbərlər