Bu gün səhər saatlarından Ukraynanın Sumı vilayətinin Rusiya ərazisindən atəşə tutulması davam edir. Şostka rayonunun şimalında döyüş gedir və Seredino-Budada dövlət sərhədini pozmağa cəhd edilir.
Teleqraf.com xəbər verir ki, bunu Sumı regional hərbi idarəsinin rəhbəri Dmitri Jivitski deyib.
“Esmani rayonunda 5 partlayış baş verib. Boyaro-Lejaçi istiqamətində 70-ə yaxın partlayış olub. 6 partlayış Sopıç kəndi ərazisində qeydə alınıb”, - regional idarənin rəhbəri qeyd edib.
Jivitskinin sözlərinə görə, Rusiya qüvvələrinin intensiv atəşi nəticəsində sərhəddə yanğının başlayıb.
Ruslar mayın 16-da da Sumı vilayətində Ukrayna sərhədini pozmağa cəhd ediblər.