18 May 2022 09:43
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Dneprə raket zərbələri endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi idarəsinin sədri Vadim Rezniçenko Telegram kanalında məlumat verib.

“Həyəcanlı gecə, narahat səhər. Dneprə düşmən hücumu. Bir raket bizim hava hücumundan müdafiə vasitəsi ilə vuruldu. Dağıntılar şəxsi həyətə düşüb. İki evə ziyan dəyib”, - Rezniçenko bildirib.

Onun sözlərinə görə, daha bir raket nəqliyyat infrastrukturu obyektinə düşüb.

Qeyd edək ki, bu, Rusiya qoşunlarının Dnepropetrovsk vilayətinə ilk hücumu deyil. Mayın 12-də səhər saatlarında ruslar Dnepropetrovsk vilayətini “qasırğalardan” atəşə tutub. Hücum nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb. Enerji infrastrukturu obyekti də dağıdılıb.


Müəllif: Nemət