28 Noyabr 2014 07:12
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Energetika Nazirliyi noyabrın 28-dən başlayaraq Donbasda yerləşən müəssisələrinin fəaliyyətini dayandıracaq.

Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin rəhbəri Yuri Prodanın 25 noyabr tarixli “Donetsk və Luqansk vilayətlərində sosial-iqtisadi vəziyyətin nizamlanması haqqında” əmrində bildirilir.

Sənəddə qeyd olunub ki, bu tədbirlər Ukrayna prezidentinin müvafiq fərmanına uyğun olaraq tətbiq edilir. Fərmana əsasən, dövlət idarə və müəssisələri dekabrın 1-dək Kiyevin nəzarətindən çıxmış ərazilərdən çıxarılmalıdır.

“Ukrpoçt” və “Ukrayna Dəmir Yolları” artıq Donbas ərazisində fəaliyyətinin dayandırıldığını elan edib.


Müəllif:

Oxşar xəbərlər