Böyük Britaniya Baş naziri Boris Conson COVID-19 səbəbiylə elan edilən karantin zamanı ofisində keçirilən partilər haqqında hesabatın yayımlanmasından sonra mətbuat konfransı keçirib.
Teleqraf.com xəbər verir ki, Conson bu qalmaqala görə bütün məsuliyyəti öz üzərinə götürdüyünü deyib.
“İnsanların baş verənlərə görə niyə qəzəbləndiklərini başa düşürəm”, - baş nazir qeyd edib.
Consondan istefa verməyi düşünüb-düşünmədiyi soruşulduqda isə belə cavab verib:
“Qəti şəkildə inanıram ki, mənim işim davam etmək və vədləri yerinə yetirməkdir. Nəticələri (hesabatın) nə qədər utandırıcı olsa da, mən və hökumət irəliləməyə davam etməliyik. Bunu belə də edirik”.