28 May 2022 10:11
1 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları Severodonetskə birbaşa hücuma keçib və yaxın günlərdə buranı mühasirəyə ala bilərlər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Məlumata görə, Rusiya qüvvələri Severodonetski tam mühasirəyə ala bilməsələr də, artıq şəhəri tutmağa çalışırlar:

“Bununla belə, rus qoşunları bütün müharibə boyu yaşayış məntəqələrindəki əməliyyatlarda zəif nəticə göstəriblər, çətin ki, regionun mərkəzində sürətlə irəliləyə bilsinlər”.

Rusiya qüvvələri şəhər ətrafında mövqelərini gücləndirməkdə davam edir, amma Ukrayna müdafiə qoşunlarını hələ də mühasirəyə almağa müvəffəq olmayıblar. Ukrayna qüvvələri şərq bölgələrində irəliləməyə çalışan rus qoşunlarını ləngidir. Ruslar Severodonetski mühasirəyə almağa cəhd göstərsələr də, İzyum ətrafındakı əməliyyatları dalana dirənib. Onların yaxın günlərdə hücumun sürətini artıra biləcəyi gözlənilmir.

Dünən ruslar Popasnanın şərq və şimal-şərqində iki magistral yolu ələ keçirməyə cəhd ediblər. Məqsəd Ukrayna hərbçilərinin Severodonetsklə əlaqəsini qismən kəsmək olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər