30 May 2022 17:53
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya ilə birlikdə NATO-ya üzvlük üçün rəsmi müraciət edən İsveç Türkiyənin etirazı səbəbindən çətin duruma düşüb. Terror təşkilatlarına verdiyi dəstəyə görə Türkiyənin qəzəbinə tuş gələn İsveç rəhbərliyi münasibətləri yaxşılaşdırmaq üçün geri addım ataraq, 2019-cu ildən bəri tətbiq etdiyi silah embarqosu ilə bağlı isti mesajlar verməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, İsveç Dövlət Silah İxracına Nəzarət Agentliyinin (ISP) rəhbəri Karl Evertsson ölkəsinin NATO-ya üzvlük müraciəti ilə əlaqədar Türkiyə ilə aparılan danışıqlarla bağlı açıqlama verib.

Evertsson İsveç Müdafiə Komissiyasının tələb etdiyi şərtlərlə silah ixrac etdiklərini deyib:

“Türkiyənin hazırda silahlarımıza ehtiyacı yoxdur. Bizdən silah almırlar. Müdafiə Komissiyasından gələn müraciətləri hər bir halda qiymətləndiririk. Bugünkü şərtlərlə Türkiyəyə silah sata bilərik”.

Evertsson İsveç istehsalı “AT-4” tank əleyhinə silahların PKK terror təşkilatının əlinə necə keçməsi ilə bağlı suala belə cavab verib:

“Bu silahları təşkilatlara ixrac etmirik. Bu, sözügedən silahların ABŞ-ın lisenziyası ilə istehsal olunması və bunların üçüncü ölkələrə göndərilməsinə icazə verilməməsi şərtlərini diqqətdən kənarda saxlanılmasından qaynaqlana bilər”.

Agentlik 2019-cu il oktyabrından Türkiyəyə silah satışını qadağan edib. Bu tarixdən sonra İsveçdə yerləşən 3 özəl silah istehsalçısı şirkətin Türkiyəyə silah satması tələbi qəbul olunmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər