31 May 2022 10:50
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Embarqo 2022-ci ilin sonuna qədər Rusiyadan Avropa İttifaqına (Aİ) neft idxalını təxminən 90%-ni azaldacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Tvitter hesabında yazıb.

O, Rusiya Federasiyasına qarşı neft sanksiyalarına dair belə bir razılaşmanı alqışlayıb: “İlin sonuna kimi Rusiyanın Aİ-yə neft idxalının təxminən 90%-i azaldılacaq”.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bildirib ki, Avropa İttifaqı liderləri Rusiya neftinin ixracına qadağa qoyulması barədə razılığa gəliblər:

“Bu saziş Rusiyanın neft idxalının üçdə ikisindən çoxunu əhatə edir, onun hərbi maşınının işləməsi üçün böyük maliyyə mənbəyini kəsir. Müharibəni bitirmək üçün Rusiyaya maksimum təzyiq edilir. Rusiyanın üç dövlət televiziyası da yeni sanksiya paketinə daxil edilib. Altıncı paket həmçinin Rusiyanın ən böyük bankı “Sberbank”ın SWIFT-dən ayrılmasını və Ukraynada hərbi cinayətlərə görə məsuliyyət daşıyanlara qarşı sanksiyaların tətbiqini nəzərdə tutur".


Müəllif: Nemət

Oxşar xəbərlər